Bakı.Trend:
2024-cü il noyabrın 20-də COP29-da Yaşıl Zonada Milli QHT Forumupavilyonunda “Azərbaycanda Əlilliyi olan Şəxslərin Təşkilatlarıİttifaqı” “Yaşıl Dünya Naminə İnklüzivlik” layihəsi çərçivəsindəyan tədbir keçirilib.
Trend xəbər verir ki,tədbirdə iqlim dəyişmələrinin törətdiyi fəsadların fizikiməhdudiyyətli insanlara təsiri, riskli vəziyyətlərdə xilasetmə,mövcud problemlər və çıxış yollarına dair təkliflər müzakirəolunub.
COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli QHT Forumununİdarə Heyətinin üzvü Pərvanə Vəliyeva fiziki məhdudiyyətlişəxslərin hüquqlarının təmin olunması istiqamətində qanunvericiliktəşəbbüslərinin əhəmiyyəti barədə danışıb.
Müzakirələrdə auditoriyanın sualları cavablandılıb.
Qeyd edək ki, yan tədbir Azərbaycan Respublikasının Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət DəstəyiAgentliyinin birgə elan etdiyi “COP29: beynəlxalq təşəbbüslər” adlıqrant müsabiqəsində qalib olan “Azərbaycanda Əlilliyi olanŞəxslərin Təşkilatları İttifaqı”nın layihəsi çərçivəsindəkeçirilib.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.