AZ

Türkiyə "Visa" və "Mastercard"a qarşı araşdırmalara başladı

Türkiyədə Rəqabətin Qorunması Haqqında Qanunu pozduğu iddiaları ilə "Visa" və "Mastercard" şirkətlərinə qarşı araşdırma başladılıb.  

Qurumun rəsmi internet səhifəsində yayımlanan məlumata görə, adıçəkilən şirkətlərin Türkiyədə ödəniş şəbəkəsi və rəqəmsal pulqabı xidmətləri bazarlarında həyata keçirdikləri bəzi məhdudlaşdırıcı fəaliyyətlərlə Rəqabətin Qorunması Haqqında Qanunu pozduğu iddialarına dair ilkin araşdırma tamamlanıb.  

Bu çərçivədə, "Mastercard Incorporated" nəzarətində olan "Mastercard Europe SA", "Mastercard Europe SA İstanbul Nümayəndəliyi" və "Masterpass Texnologiya Xidmətləri" ilə "Visa Inc." nəzarətində olan "Visa Europe Limited", "Visa Europe Services LLC" və "Visa Europe Services LLC Türkiyə Nümayəndəliyi" daxil olmaqla iqtisadi birliklərə qarşı araşdırma başladılıb. Məqsəd onların fəaliyyət göstərdikləri ödəniş şəbəkəsi və rəqəmsal pulqabı xidmətləri bazarlarında qanunun pozulub-pozulmadığını müəyyənləşdirməkdir.  

⇒ Nələr araşdırılacaq?

Qurumun açıqlamasına görə, araşdırma zamanı Türkiyədə buraxılan bank, kredit və əvvəlcədən ödənişli kartların əksəriyyətinə sahib olan "Mastercard" və "Visa"nın ödəniş şəbəkəsi bazarında kart buraxan şirkətlərlə qurulan qarşılıqlı münasibətlərin rəqabətə mane olub-olmadığı araşdırılacaq. Xüsusilə, bu münasibətlərin ayrı-ayrılıqda və ya ümumi təsiri ilə bazarın rəqiblər üçün bağlanma riski yaradıb-yaratmadığı öyrəniləcək.  

Bununla yanaşı, "Visa"nın rəqəmsal pulqabı xidmətləri bazarında üzv iş yerlərinə rəqib təminatçılardan xidmət almamaq tələbinin rəqabətə mənfi təsir göstərib-göstərmədiyi, həmçinin "Mastercard"ın rəqəmsal pulqabı xidmətləri bazarında zərərli qiymət siyasəti də daxil olmaqla rəqiblərin fəaliyyətini çətinləşdirən hərəkətlərlə dominant mövqeyindən sui-istifadə edib-etmədiyi araşdırılacaq.  

Qeyd edək ki, açılmış araşdırmalar yalnız adıçəkilən şirkətlərin qanunu pozduğu və cərimə ilə üzləşəcəyi anlamına gəlmir.  

Rəhim

Seçilən
9
valyuta.az

1Mənbələr