AZ

İnsan alverinə görə tutulan briqada komandirinə 11 il həbs cəzası verildi

Rəsmi maşını ilə Suriyadan Türkiyəyə insan qaçaqmalçılığı ittihamı ilə həbs edilən briqada generalı Bilal Çokay 11 il 6 ay həbs cəzasına məhkum edilib.

Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddiaların ortaya çıxmasından sonra Ankarada saxlanılan Çokay daha sonra təqaüdə çıxıb. Bundan sonra Çokay 28 iyun 2024-cü ildə Şanlıurfanın Akçakale rayonunda məhkəmə qərarı ilə həbs edilib.

Biri kiçik zabit olan iki mütəxəssis çavuşun verdiyi ifadələr və əldə edilən yazışmalar əsasında Çokay tutularaq həbsxanaya göndərilib. 2 ildir eyni üsulla insan qaçaqmalçılığı ilə məşğul olduqları müəyyən edilən və müqavilələrinə xitam verilən astsubay və mütəxəssis çavuşların qanunsuz yolla əldə etdikləri pul ilə qumarxana və avtoqalereya açdıqları müəyyən edilib. 600 min dollar isə həbs edilən astsubaydan götürülüb.

Seçilən
29
moderator.az

1Mənbələr