AZ

Polislərin maaşı nə vaxt artırılacaq? – Təklif varsa, baxıla bilər

  Ötən gün parlament komitələrində 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deputat Zahid Orucun səsləndirdiyi fikirlər ictimaiyyətdə maraq doğurub. Belə ki o, çıxışında polislərin maaşının artırılmasının lazım olduğunu bildirib.

Deputatların bu haqda çıxışları sonda artımla yekunlaşa bilərmi? Ümumilikdə bu proses necə tənzimlənir?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, hər ilin sonunda növbəti ilin büdcə müzakirələri aparılır:

“2024-cü ilin son ayları olduğu üçün 2025-ci ilin büdcəsi barədə qanun qəbul olunacaq. Həmin qanunu Milli Məclisə Maliyyə Nazirliyi təqdim edir. Büdcə məsələsi deputatlara təqdim olunur, daha sonra bununla bağlı müzakirələr aparılır.

 


Ramil Süleymanov

Daxili İşlər Orqanları əməkdaşlarının əməkhaqqının artırılması ilə bağlı təklif irəli sürülüb. Bu məsələnin hökumət tərəfindən nəzərə alınıb-alınmayacağı hələ məlum deyil. Təklif varsa, hökumətin büdcə layihəsində polislərin maaşının artırılmasına baxıla bilər. Yalnız bundan sonra düzəlişlərlə bərabər büdcə Milli Məclisə təqdim oluna bilər. Büdcə layihəsi səsvermə yolu ilə seçilir”.  

Seçilən
41
referans.az

1Mənbələr