AZ

İstəsəniz də, istəməsəniz də COP-29  uğurlu alındı: Karvan öz yolunda... 

Bakıda keçirilən COP-29 tədbirinin müddəti uzadıldı. Məlum oldu ki, ilkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfrans ayın 23-də də davam edəcək.

Bu xəbər ermənilərdə və ermənipərəst qüvvələrdə böyük bir “xəyal qırıqlığı” yaratdı. Xüsusilə, Fransa və ABŞ konqresmenlərinin bu yolda atdığı qərəzli addımların nəticəsiz qalması ermənilərin gündəmində xaos yaşatdı.
Bəli anladılar ki, erməni lobbisinin maliyyəsi ilə qalmaqal yaratmaqla, süni təxribata imza atmaqla heç nə əldə etmək olmaz. Dünyanın gözü açıqdır və hər şeyi yaxşı görür. Axı, onların çalışdıqları “baykot” baş tutmuş olsaydı Böyük Britaniyanın baş naziri, Türkiyə prezidenti, Avropa Şurasının baş katibi, Avropa İttifaqı Şurasının prezidenti, Balkan dövlətlərinin rəhbərləri, Şərqi Avropa ölkələrinin liderləri, Skandinaviya ölkələrinin, Çin, Mərkəzi Asiya ölkələri, Cənub - Şərqi Asiya respublikaları, müsəlman - ərəb dövlətləri, Afrika, Latın Amerikası, Okeaniya və bir çox coğrafiyalardan hökumət başçıları COP29-da iştirak etməzdilər. Sentyabr ayında baykot kampaniyasına qoşulan siyasi xadimlərin və bəzi ölkələrin “zəhmət”ləri beləcə əllərində qaldı.

 

Gözüçıxmış qardaşlardan dərs götürməyən Belçikalı parlamentarilər də məsələyə qarışıblar.
Bakıda davam edən COP 29 ilə əlaqədar Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin 20 üzvü Azərbaycan hökumətinə və COP 29 -da iştirak edən Belçika hökumətinin nümayəndə heyətinə üç əsas tələblə müraciət edib: Azərbaycanda erməni hərbi əsirlərə azadlıq, “artsaxın erməni mədəni irsi”nin qorunması və Azərbaycan qüvvələrinin Ermənistan Respublikasının işğal olunmuş ərazisindən çıxarılması, eləcə də Azərbaycanın Ermənistan Respublikasına qarşı hər hansı təcavüzünün qarşısının alınması.
Bəyannamə Belçikanın əsas siyasi partiyalarının bu bəyanatını partiyaların liderləri imzalayıblar.

Erməni mediası yazır ki, Belçika siyasətçiləri COP 29 -a ev sahibliyi edən ölkə kimi Azərbaycan insan hüquqları, insan ləyaqəti və ədalətin fundamental prinsiplərinə nəzərəçarpacaq dərəcədə sadiqlik nümayiş etdirməyə borcludur. Daha sonra onlar 2020-ci il dekabrın 16-dan sonra Belçika, Flandriya və Valoniya federal parlamentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələri xatırladaraq tələblərini bildirirlər.
“Hay Dat” terror təşkilatınn Avropa ofisinin prezidenti Qaspar Karapetyan bu təşəbbüsü alqışlayaraq qeyd edib: “Biz bəyanatın həmmüəlliflərinə, o cümlədən əsas siyasi partiyaların sədrlərinə, yüksək rütbəli parlamentarilərə və qanunverici orqanın bütün səviyyələrinin nümayəndələrinə minnətdarıq. Azərbaycan hökumətinə təzyiq göstərmək lazımdır ki, onları beynəlxalq normalara hörmətlə yanaşmağa, onlara uyğun hərəkət etməyə sövq etsin. Bu bəyanat bu ehtiyacı vurğulayır və COP29-da Belçika nümayəndə heyətinin əməl etməli olduğu aydın mesajdır”.

Yeri gəlmişkən, bayaq Axar.az saytında erməni ekspert Areq Marqaryanın fikirlərinə rast gəldim. Deyir ki, dünyanın müxtəlif yerlərindən bu beynəlxalq iqlim konfransının Azərbaycanda keçirilməsinə qarşı nə qədər qınaq səslənsə də, Azərbaycan dünya biznes liderlərinin, elmi dairələrin və müxtəlif ölkələrin dövlət xadimlərinin toplaşdığı məkana çevrildi:” Bəli, bəzi dövlət başçısı COP29-a gəlmədi, lakin çoxları iştirak etdi və ümumilikdə bu, Azərbaycan üçün daha müsbət istiqamətdə gedir. Düşünürük ki, bu hadisəni işıqlandırmaq nə qədər xoşagəlməz olsa da, bir nəzər salmağa və Bakıda COP29 çərçivəsində baş verənlərə baxmağa dəyər”.
11-22 noyabrda Bakıda keçirilən COP29-da 100-dən çox dövlət başçısı, nazir və xüsusi nümayəndə iştirak etmək üçün qeydiyyatdan keçdiyini xatırladan ekspert Azərbaycanın bu prosesdən qazanclı çıxdığını deyir.

Sonra “bəs, nə qazandıq?” deyə özünə sual ünvanlayır və sonda gülünc olan bir fikirin üzərində durur: "COP29 çərçivəsində aparıcı beynəlxalq mədənçıxarma şirkətlərinin iştirak etdiyi enerji transformasiyası və metallara həsr olunmuş ayrı-ayrı müzakirələr aparılıb ki, onlar da gələcəkdə Azərbaycana sərmayə qoya bilər. Ermənistanda isə Qretanı ölkədə yeganə böyük investisiya layihəsinin (söhbət Amulsardan gedir) uğursuzluğunda birbaşa iştirak edən erməni ekoloji fəallar müşayiət edirdi. Bu, həm simvolik, həm də qanunidir.
Azərbaycan pul alacaq, biz isə Qretanı (erməni lobbisinin təşəbbüsü ilə Azərbaycana qarşı aksiya keçirən iqlim fəalı Qreta Tunberq) almışıq”.
P.S. Beləcə, ağır, sanballı karvana hürən itin sayı nə qədər çox olsa da karvan öz yolu ilə gedəcək. Boş yerə hürüb, boğzını yırtıb, nəyəsə nail olmağa çalışan it sürüləri eləcə, karvanın arxasınca baxa-baxa qalacaq.

Əntiqə Rəşid

Seçilən
17
adalet.az

1Mənbələr