AZ

Bayden Ukraynanın milyardlarla borcunu sildi

Yazını böyüt
Yazını kiçilt

Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası ABŞ-ın Ukraynaya verdiyi təxminən 4,7 milyard dollar borcunu silmək qərarına gəlib.

Hafta.az bu haqda “Amerikanın səsi” radiosunun rus bürosuna istinadla xəbər verir.  

Konqresin apreldə qəbul etdiyi maliyyələşdirmə haqqında qanuna Ukrayna hökumətinin iqtisadi və büdcə dəstəyi üçün 9,4 milyard dollardan çox kreditlər daxil edilib ki, bu kreditlərin yarısını prezident noyabrın 15-dən sonra ləğv etmək imkanı əldə edib.

Qanun çərçivəsində 2022-ci ildə Ukraynaya Fevral ayında başlayan genişmiqyaslı rus işğalına qarşı mübarizədə yardım üçün 61 milyard dollar ayrılıb.

Seçilən
12
hafta.az

1Mənbələr