AZ

Trampdan avtomobillərlə bağlı daha bir gözlənti

Bu günlərdə Donald Trampın vəzifə səlahiyyətlərinin icrasına başlayan kimi elektromobillər üçün kvotanı ləğv edəcəyi xəbəri yayılmışdı. Əksəriyyət bu xəbəri real hesab edir.
Avtosfer.az xəbər verir ki, bu gün isə Trampın kabinetində yer alacaq nazirlərdən biri avtonom avtomobillərin istismarına icazə veriləcəyini bildirib. Məsələ budur ki, bu tip maşınlar kifayət qədər təkmilləşsə də, siyasətçilər irəli addım atmağa tələsmirlər. Başqa sözlə, bu avtomobillərin ümumi yollara çıxması üçün qanuna dəyişiklik edilməlidir. Qəza baş verəndə avtomobilin süni intellekti hansı qərarı qəbul edəcək? Qanunvericiləri məhz bu sual düşündürür.
Digəır bir ehtimal say məhdudiyyətinin ləğv edilməsidir. Hazıda ABŞ-da hər istehsalçı ildə 2500 avtonom maşın istehsal edə bilər. Tesla isə limiti 100 minə çatdırmaq istəyir. Çünki İlon Mask 2026-cı ildən robot taksilərin kütləvi istehsalına başlamaq istəyir.
Bir sözlə, Trampın gəlişindən sonra avtomobil sənayesində ciddi dəyişikliyin olacağı şübhəsizdir. Lakin bu dəyişikliklərin nədən ibarət olduğunu bilmək üçün bir neçə ay səbr etmək lazımdır.

Vüqar

Seçilən
15
avtosfer.az

1Mənbələr