AZ

Naxçıvanın dövlət büdcəsi necə talanır?

Mövcud qaydalara əsasən, Azərbaycan Dövlət Tibb Universitetinin, Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi formalaşmaq, ixtisas sahibi olmaq üçün rezidenturaya qəbul olunmalıdırlar. Rezidentura müddəti ixtisasdan asılı olaraq, 2 ildən 5 ilə qədər dəyişir.


Həkim mütəxəssislərin hazırlanması müxtəlif klinik bazalarda həyata keçirilir. Bəzən rezidentlər daha yaxşı bilik və bacarıqlara yiyələnmək üçün əcnəbi ölkələrə üz tuturlar. Bəziləri isə bu təhsili Azərbaycanda alır, amma bir neçə ay əcnəbi ölkədə də təcrübə keçmək şansı qazanırlar. Bu, rezidentin rotasiyası adlanır.


“Rotasiya universitetin müqavilə bağladığı klinikalarla mümkündür və 2 həftədən 6 aya qədər davam edə bilir.(ümumi rezidentura oxuduğu müddətdə, yəni 5-il ərzində maksimum 6 ay ola bilər)


Kimlər rotasiya keçə bilərlər?

“I kurslar rotasiya üçün müraciət edə bilməzlər. Çünki onlar hələ kliniki vərdişlərə tam yiyələnməyiblər. Gedib digər tibb müəssəsində işləmək üçün öncə tibbi biliklərə malik olmalıdırlar. Rezidenturanı bitirməyə 5-6 ay qalmış da müraciət etmək olmaz”.


Ölkə daxilində rotasiya mümkündür?


“Xeyr, rezidentin ölkə daxilində bir kliniki bazadan digərinə köçürülməsi mümkün deyil. Çünki burada əsas məqsəd daha yaxşı və müasir klinikalarda tibbi bacarıqlara yiyələnməkdir. Bunun üçün də Türkiyə və Almaniya daha məsləhətlidir.


Amma Naxçıvanda səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov rezidentlərdən gəlir mənbəyi kimi istifadə edir. Samiq Sadıxovla Vüsal Məmmədov qanunla qadağan olunmağına baxmayaraq Naxçıvanda təhsil alan rezidentləri böyük məbləğli hədiyyələrin müqabilində adlarının Naxçıvan xəstəxanalarında təhsil alan kimi getməsinə şərait yaradaraq faktiki Bakı şəhərində yaşayıb öz şəxsi işləri ilə məşğul olmalarına imkan sağlayır. Bu da gələcəkdə savadsız və həm də səriştəsiz həkim kütləsinin çoxalmasına, insanların sağlamlığının təhlükə altına atılmasına səbəb olur.

Seçilən
13
paytaxt.org

1Mənbələr