ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Nyu-York Birjasını bombalamağı planlaşdıran şəxsi saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
"FTB agentləri Nyu-York Birjasını bombalamaq planı ilə bağlı Florida ştatından olan şəxsi həbs ediblər", - məlumatda deyilir.
Mənbə məhkəmə sənədlərinə istinad edib. Onlar göstəriblər ki, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bomba yaratmaq üçün göstərişlərə əməl edib.