Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əmək haqları artırılıb.
Modern.az xəbər verir ki, UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə Elmi Şuranın qərarı ilə dekabr ayından universitet üzrə orta aylıq vəzifə maaşı 14 faiz artırılıb. Artım pedaqoji heyət üzrə 15%, inzibati və tədris köməkçi heyət üzrə 12 faiz olacaq.
Artımdan sonra universitet üzrə orta aylıq əmək haqqı 1471 manat, pedaqoji heyət üzrə 1689 manat, inzibati heyət üzrə isə 1265 manat təşkil edəcək