Bu həftədən Azərbaycan Premyer Liqasında gərgin mübarizə olduğu yerdən davam edəcək.
İki həftəlik səssizlik Tovuzda pozulacaq.
Burada "Kəpəz" "Araz-Naxçıvan"ı qonaq edəcək.
Muxtar respublika təmsilçisi 12 oyundu məğlubiyyətin nə olduğunu bilmir.
Mövsümün açılış oyununda "Qarabağ"a irihesabla uduzan (1:4) Elmar Baxşıyevin kollektivi davamında uğurlu seriya yaxalayıb.
Qələbələri sıralayana komanda rəqib tanımır.
13 turdan sonra aktivində 30 xalı olan "Araz" yalnız "Qarabağ"dan geri qalır.
Belədə "Kəpəz"i qorxulu rəqib gözlədiyini çəkinmədən demək olar.
Amma Qərb təmsilçisinin kapitanı Yeqor Xvalko bu fikri yaxın buraxmır.
O, "Bu mənzərə sizi qorxudurmu" sualına cavabında iddialı danışıb:
"Bəli, mənim bu statistikadan xəbərim var. Amma qorxmuruq.
Bu futboldur. Futbolda niyə qorxmaq lazımdır ki? Əksinə əylənmək və nəticə əldə etmək lazımdır.
Məncə, belə fikirlərə ehtiyac yoxdur. Onların ciddi komandası var. Lakin yaxşı nəticə əldə etməyə çalışacağıq".
XANOĞLAN/ SPORTİNFO.AZ