1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Başqalarının əşyalarını oğurlaya bilməzsiniz. Oğurlasan belə, cəzasız qala bilməzsən".
Bu fikirlər "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə yer alır.
"Cinayətlər cəzasız qalmır və nümayişkaranə cəzadan sonra təcavüzkara yalnız göz yaşları ilə üzünü yumaq və hansısa "etnik təmizləmə" və mifik "mədəni irs" haqqında danışmaq qalır... Bundan əlavə, Azərbaycanın Qarabağ bölgəsinə işğaldan azad edildikdən dərhal sonra səfər edən BMT missiyasının hesabatında açıq mətnlə qeyd olunub ki, missiya mülki və ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına hər hansı ziyanı müşahidə etməyib.. Həmkarlarımıza nə yerli əhalidən, nə də digər şəxslərdən mülki şəxslərə qarşı zorakılıq barədə heç bir məlumat daxil olmayıb", - deyə süjetdə bildirilir.
Qeyd olunur ki, gedənlər getdilər, amma oğurlananlar qaytarılmalı və ya əvəzi ödənilməlidir.
Daha ətraflı "Caliber"in süjetində: