AZ

BMT məhkəməsi Azərbaycanın iddiasını lüzumsuz yerə bir il uzadır- etnik təmizləmə faktdır...

Image

Abutalıb Səmədov: "Beynəlxalq Məhkəmə Azərbaycanın 1996-cı ilə qədər baş verən hadisələr barədə iddialarını qəbul etmir"

BMT məhkəməsi Ermənistan və Azərbaycana irqi ayrıseçkiliyə dair sənədlərin hazırlanması üçün bir il vaxt verib. Söhbət əks-arqumentlərdən - tərəflərin işin mahiyyəti üzrə qarşı tərəfin arqumentlərini təkzib etdikləri sənədlərdən gedir.

Daha əvvəl bildirilmişdi ki, Haaqa Məhkəməsində Ermənistan Azərbaycanı bir neçə onilliklər ərzində ermənilərə qarşı törətdiyi cinayətlərdə, o cümlədən qətl, işgəncə və qeyri-insani rəftarda ittiham edir. Azərbaycan da eyni ittihamları Ermənistana qarşı irəli sürüb.

Bu işin məhkəmə perspektivi necə yekunlaşa bilər?

Sualımıza cavabında politoloq Abutalıb Səmədov bildirdi ki, 16 sentiyabr 2021-ci ildə Ermənistan Azərbaycanı beynəlxalq məhkəməyə vermişdi və BMT Baş Assambleyasının irqi ayrıseçkiliyə qarşı mübarizə haqqında qətnanəsini poznaqda günahlandırmışdı: "Həmin ərizədə Ermənistan tələb eləmişdi ki, Azərbaycan həbisxanalarında olan, ermənilər tərəfindən müharibə əsirləri sayılan Ermənistan vətəndaşları geri qaytarılsın, Bakıdakı "Qənimətlər parkı" bağlansın, Azərbaycan tərəfindən hərbi cinayətlərin araşdırılması tələb olunsun. 7 dekabr 2021-ci ildə beynəlxalq məhkəmə qərar qəbul elədi. Haaqa məhkəməsi Ermənistanın tələblərinin heç birini qəbul etmədiyini elan etdi. Müharibə əsirlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökumətinin üzərinə öhdəlik qoyuldi, ancaq onların geri qaytarılması barədə heç bir qərar qəbul edilmədi. Hərbi "Qənimətlər parkı"nın bağlanması barədə də heç bir qərar olmadı - bu iddia da qəbul edilmədı. Nəhayət, Azərbaycan tərəfindən hərbi cinayətlərin araşdırılması da Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbul edilmədi. Lakin məhkəmə həm Azərbaycanda, həm də Ermənistanda irqi ayrıseçkilik hallarının mövcud olduğu barədə qərar verdi. Burada əsas fərq ondan ibarət idi ki, Ermənistan ərazisindəki idarə və müəssisələdə irqi ayrıseçkiliyə yol verilməməsi üçün tədbirlər görülməsi tələb olunurdu. O cümlədən də Haaqa Məhkəməsi Ermənistanda nifrətin təbliğ olunması faktını da qeyd etmişdi.

Azərbaycanla bağlı qəbul edilən qərarda isə həm nifrət, həm irqi ayrıseçkiliyin qarşısının alınması tələb edilir, həm də Azərbaycan hakimiyyət orqanları irqi ayrıseçkiliyə yol verməkdə günahlandırıldılar. Yəni Ermənistanda irqi ayrıseçkilik təbliğatı əhali arasında aparılırdısa, qərarda qeyd olundu ki, Azərbaycanda həm əhali arasında, həm də hakimiyyət orqanları tərəfindən bu cür təbliğat aparılır.

Ermənistan 16 sentyabrda məhkəməyə müraciət eləmişdi. Azərbaycan isə 21 sentyabr 2021-ci ildə irqi ayrıseçkiliyin qarşısının alınması iddiası ilə Beynəlxalq Ədalət Məhkəməsi qarşısında çıxış etdi. Azərbaycanın bu iddiasına bir neçə ildir ki, baxılır, amma hələ son qərar qəbul edilməyib.

İndi 12 noyabr 2025-ci ilə qədər tərəflərə öz əks-arqumentlərini təqdim etmək üçün vaxt verilib. O vaxta qədər həm Azərbaycan, həm də Ermənistan öz əks-arqumentlerini yazılı şəkildə məhkəməyə təqdim etməlidir.

Məhkəmə baxışının nəticəsi necə ola bilər? Ermənistanın 16 sentyabr 2021-ci ildə qaldırdığı iddaların əsas tələbləri yerinə yetrilməsə də, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qarşı ədalətsiz mövqe tutmaqda davam etmişdi. Bir tərəfdən Azərbaycan hakimiyyətini əsassız olaraq irqi ayrıseçkilikdə günahlandırıb, digər tərəfdən Laçın dəhlizinin açilmasi tələbi ilə bağlı qərar qəbul etmişdi. Hansı ki, Azərbaycan bu qərarı icra etmədi. Ancaq Beynəlxalq Məhkəmə belə bir qərar qəbul etmişdi ki, Azərbaycan Laçin dəhlizini dərhal açsın və blokadaya son qoysun. İndiki baxışda da mən Beynəlxalq Məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inanmıram.

Yeri gəlmişkən, Azərbaycanın iddiasında 1996-cı ilə qədər baş verən hadisələr barədə də iddialar var idi, amma Beynəlxalq Məhkəmə bunu qəbul etmədi - göstərdi ki, məhkəmə 1996-cı ildən sonrakı dövru əhatə edən məsələlərə baxa bilər. Yəni Beynəlxalq Məhkəmə Azərbaycanın 1996-cı ilə qədər baş verən hadisələr barədə iddialarını qəbul etmir! Bu çox ciddi ədalətsizlikdir.

Güman edirəm ki, Beynəlxalq Məhkəmənin gələn il nəzərdə tutulan baxışında da Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənəcək. Azərbaycan ilə Ermənistanı eyni sıraya qoyaraq ittiham edilməsinə cəhd göstəriləcək. Azərbaycan yenə də etmədiyi günahlarda suçlanaraq ittiham olunacaq. Ancaq ümid edirəm ki, Ermənistanda olan real vəziyyət, orada azəbaycanlılara qarşi nifrətin təbliğ olunması, bu təbliğatın əhlinin bütün qruplarını əhatə etməsi ilə bağlı məhkəmə ədalətli mövqe tutacaq. Bütün hallarda biz beynəlxalq qurumların ədalətsiz mövqeyinə artıq adət etmişik. Gələcəkdə Beynəlxalq Məhkəmənin bizim qəbul etməyəcəyimiz qərar verməsinə də anlayışla yanaşmalıyıq. Çünki biz uzun illərdir ki, beynəlxalq qurumlardan heç bir ədalət görmədik və onların müəyyən dövlətlərin təsiri altında olduqlarını müsahidə etdik".

Dəniz NƏSİRLİ





Seçilən
33
baki-xeber.com

1Mənbələr