AZ

Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini COP29 çərçivəsində bir sıra görüşlər keçirib

Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan COP29 çərçivəsində bir sıra görüşlər keçirib.

“İki sahil” "Haber Global"a istinadla xəbər verir ki, nazir müavini ilk olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İSESKO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirə qatılıb.

Tədbirdə çıxış edən Çalışkan Ailə və Sosial Xidmətlər Nazirliyinin iqlim dəyişikliyindən xüsusilə mənfi təsirlənən qadın və uşaqlar üçün həyata keçirdiyi işlərdən danışıb.

Çalışkan həmçinin gənclərin iqlim dəyişikliyinə qarşı davamlılığın yaradılmasında oynadığı rola toxunub.

Bununla yanaşı, türkiyəli nazir müavini Azərbaycan Əmək və Sosial Müdafiə Nazirliyinin COP29 çərçivəsində təşkil etdiyi tədbirdə də iştirak edib.

Çalışkan tədbirdəki çıxışında heç kimi geridə qoymamaq prinsipi ilə aparılan işləri vurğulayaraq, Türkiyənin bu məsələdə qərarlı olduğunu bildirib.

Daha sonra Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşən Çalışkan iki nazirlik arasında iqlim dəyişikliyi çərçivəsində görülən işlərə toxunulub, mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Seçilən
8
1
ikisahil.az

2Mənbələr