AZ

"Ukrayna Avropanın 300 şərtini qəbul etdi" - Denis Şmıqal

"Ukrayna hakimiyyəti Qərb tərəfdaşlarının 300-dən çox şərtini özündə əks etdirən islahat paketini təsdiqləyib".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.

“Bu gün biz Dünya Bankı ilə birlikdə islahat planını təqdim etdik. Bu, tərəfdaşların bütün təsdiq edilmiş tövsiyələrini ehtiva edən dəyişiklik planıdır. Təkcə cari il üçün bunlar 300-dən çox şərt və 500-dən çox göstəricidir” - baş nazir deyib.

Baş nazirin sözlərinə görə, əsas addımlardan biri dövlət investisiyalarının idarə edilməsində islahatların aparılmasıdır. Planlara həmçinin münaqişə bitdikdən sonra qanunun və biznesin təkmilləşdirilməsi də daxildir. Şmıqal qeyd edib ki, islahat planının üçüncü istiqaməti enerjidir. Hazırda ölkə hakimiyyəti alternativ enerji mənbələrinin artırılmasına və enerji sisteminin qeyri-mərkəzləşdirilməsinə yönəlib.


Müəllif: Arzu
Seçilən
19
1
teleqraf.com

2Mənbələr