ABŞ Tayvan məsələsində Çinin əsas maraqlarına xələl gətirə və eyni zamanda Çin ordusu ilə əlaqə saxlaya bilməz.
Bu barədə respublika Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian məlumat verib.
O qeyd edib ki, Laosda Çin və ABŞ müdafiə nazirliklərinin nümayəndələri arasında danışıqlar Amerika tərəfinin təqsiri üzündən baş tutmayıb.
“Birləşmiş Ştatlar bir tərəfdən Çinin Tayvan məsələsində fundamental maraqlarına zərər vura bilməz, digər tərəfdən isə heç bir şey olmamış kimi ÇXR ordusu ilə təmaslar apara bilməz”, - deyə Vu Qian qeyd edib.