AZ

İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar

style='margin-bottom:10px;'>

"Liverpul" və "Mançester Yunayted" Türkiyə millisinin və "Benfika"nın futbolçusu Orkun Kökçü ilə maraqlanırlar. 

QOL.az xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.

Portuqaliya klubu 23 yaşlı yarımmüdafiəçini 60-70 milyon avro məbləğində qiymətləndirir. Həmçinin futbolçunun "Liverpul"a keçmək şansı daha çox olduğu bildirilir. Çünki o, Liverpul təmsilçisinin hazırkı baş məşqçisi Arne Slotla "Feyenoord"da işləyib.

Qeyd edək ki, Orkun Kökçü bu mövsüm "Benfika"nın heyətində 15 oyuna çıxaraq 4 qol vurub və 3 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir. 

Xatırladaq ki, Orkun Kökçü Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşıdır.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr