AZ

''Beşiktaş''ın üzvü yığmanın heyətində zədələndi

“'Beşiktaş'' son oyunlarda məhsuldarlığı ilə diqqət çəkən Ernest Muçinin xidmətindən bir müddət yararlana bilməyəcək.

23 yaşlı futbolçu Albaniya yığmasının heyətində Millətlər Liqasında Ukraynaya qarşı ev matçında (1:2) start heyətində meydana çıxmış və zədə alaraq 52-ci dəqiqədə əvəzlənmişdi. Tibbi müayinənin nəticəsi bəlli olub. Onun sol ayaq əzələsində problem aşkarlanıb. İstedadlı yarımmüdafiəçi təxminən 20 günlüyə sıradan çıxıb. Muçi bir müddət öncə ardıcıl 3 qarşılaşmada qol vurmaqla diqqət çəkmişdi.

O, ''Qalatasaray'' (1:2), ''Kasımpaşa'' (1:3), ''Malmö'' (2:1) ilə oyunlarda fərqlənmiş və bu seriyası son turda ''İstanbul BŞ'' ilə oyunda (0:0) qırılmışdı. ''Qartal''ın heyətində ikinci mövsümünü keçirən Muçi cari ''futbol ili''ndə 14 rəsmi oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

ƏLİ

Seçilən
25
football-plus.az

1Mənbələr