AZ

"Din xadimini yetişdirmək asan deyil"

“Ölkədə dini fəaliyyətlə bağlı mühitin sağlam şəraitdə inkişafı üçün şübhəsiz ki, dövlət müəyyən məbləğ ayırır ki, bu da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən istifadə edilir. Əvvəllər din xadimlərinə məvacib, yardım verilmirdi. İndi normal olaraq,  Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən onlara yardım da verilir. Həmçinin, maarifləndirmə işləri və digər məsələlərə şübhəsiz ki, bu vəsait istifadə edilir. Vəsaitin artırılması lazımdır ki, aidiyyəti qurumlar, əsasən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə lazımi iş apara bilsin. Çünki , din məsələlərində xarici təsirlər, daxildən problemlər də çoxdur”. 

Bu sözləri ilahiyyatçı Tural İrfan Hit.az-a şərhində deyib.

O bildirib ki, sağlam din xadimi yetişdirmək, sağlam dini mühitin olması üçün vacibdir. Bu din xadiminin yetişdirmək də asan deyil. Bu sahədə Azərbaycan İlahiyyat İnstitutu və Kolleci fəaliyyət göstərir, ancaq bunun daha da inkişafi, elmi, akademik bazasının yaradılması üçün yeni işlər görülməlidir:

“Hələ ki, ölkədə ali rütbəli din xadimi yetişdirmək üçün şərait yoxdur. Ona görə də xaricə bağlılıq, kənar mənbələrə təqlidçilik davam edir. Ümumiyyətlə, hesab edirəm ki, dövlət tərəfindən bu sahəyə ayrılan vəsaitlə də kifayət qədər iş aparmaq olar, ancaq daha səmərəli istifadə edilməlidir. Qafqaz Müsəlmanları İdarəsinə də qeyri- hökümət təşkilatı olaraq, yüksək məbləğdə vəfat ayılır. Amma o idarə bu vəsaiti səmərəli və dini mühitin sağlamlaşması üçün istifadə etmir. Əksinə, bu idarənin nəzarət etdiyi, təyinat apardığı yerlərdə məzhəbçilik, irançılıq, vəhhabiliyə cəlb etmə halları yüksək göstəriciyə səbəb olmuşdur. Hebalə Həcc ziyarətini inhisara alaraq , dövlət vəsaitinin naməlum istiqamətlərə yönəldilməsinə şübhələr var. Milli düşüncədə, dövlətçi məfkurədə olan, yerli dini təhsil almış kadrları qəsdən kənara ataraq, yalnız Qumda təhsil almış şəxsləri məscidlərə təyin edən bir idarəyə pul ayırmaq çox təhlükəli haldır. Odur ki, ölkədəki dini sahə tamamilə vahid mənbədən idarə və kontrol edilməlidir ki, bu da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olmalıdır. Yəni, dövlətin ayırdığı vəsait səmərəli istifadə edilməlidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin qurub yaratdığını Qafqaz Müsəlmanları İdarəsi hörmətdən salmamalıdır, əksinə təbliğat aparıb, xarici kadrları himayəsinə çəkməməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandığı gündən faydalı işlər görür və ayrılan vəsaitin yararlı istiqamətə sərf edilməsinə nail olur. Din sahəsinin yüksək səviyyədə inkişafı, dini mühitin sağlamlaşdırılması bu komitənin fəaliyyətinə bağlıdır. Ona görə daimi olaraq , bu Dövlət Komitəsinə diqqət yüksək olmalıdır. Din sahəsi həssas və qaynar sahədir. Ona görə bu komitənin həmişə aktiv fəaliyyəti üçün maddi, mənəvi dövlət dəstəyinin olması vacibdir”.

Sevinc

Seçilən
36
hit.az

1Mənbələr