AZ

"3 aydan çoxdur sürücülük vəsiqəsi ala bilmirəm"

"Bakıda olanda sürücülük vəsiqəmi dəyişməli idim. Getdim, ASAN xidmətdə 5 dəqiqəyə dəyişdim. Heç bir əlavə şey istəmədilər. Amerikada isə tamamilə əksi. Nyu-Yorkda bir az bu məsələ yaxşıdır. Hər şey tez baş verə bilir. Amma Mayamidə isə siz bilsəniz bir sənəd almaq nə qədər çətindir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Amerikaya köçən aparıcı Günel Hümbətova deyib.

Video paylaşan aparıcı Amerikada sürücülük vəsiqəsi ala bilmədiyini deyib.

O bildirib ki, vəsiqəni almaq üçün aylarla növbə gözləməlidir:

"Təsəvvür edin 3 aydan çoxdur buradayam, hələ də sürücülük vəsiqəm yoxdur. Azərbaycan sürücülük vəsiqəsi ilə ancaq maşın kirayə götürürəm. Maşın ala bilmirəm. Yer isə ancaq yanvardadır. 8 il əvvəl almışdım, indi dəyişməliyəm. "Full driver license" almaq üçün yanvarı gözləməliyəm. Hər şeyi etmişəm, girib kartı götürməliyəm. Deyirlər ki, ya yanvarı gözlə, ya da gecə saat 2-də gəl növbəyə dayan. Bilmirəm, burada ya çox insan var, qrumlar hazır deyil belə xidmət göstərməyə, ya da hər zaman belə olub. Bu qədər pulum gedir maşın kirayəsinə". 

Milli.Az

Seçilən
52
milli.az

1Mənbələr