AZ

COP29 Azərbaycan tərəfindən ən yüksək səviyyədə təşkil olunub – Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova

BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub.

Editor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Diplomat Rusiya tərəfinin bu mühüm tədbirdə geniş təmsil olunmasına da diqqət çəkib. Zaxarovanın sözlərinə görə, bu fakt Moskvanın iqlim dəyişikliyi ilə mübarizədə qüvvələrin birləşdirilməsi zərurəti ilə bağlı öz mövqeyinə sadiq qalmağa davam etdiyini daha bir təsdiq edir.

Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Rusiya baş naziri COP29-da iqlimlə bağlı dünya liderlərinin sammiti çərçivəsində də çıxış edib. “Və mən çox məmnunam ki, biz ənənəvi olaraq isti və qonaqpərvər qarşılamağı da cəsarətlə bura əlavə edə bilərik”,- Mariya Zaxarova deyib.

O, COP29-un Azərbaycanda keçirilməsinin Azərbaycanın dünya miqyasında nüfuzunu daha da artıracağına əminliyini ifadə edib. “Biz Azərbaycan və bütün maraqlı dövlətlərlə iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığı artırmaqda davam etmək niyyətindəyik”, – Mariya Zaxarova vurğulayıb.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
15
editor.az

1Mənbələr