AZ

Əksini iddia edənlər ikiüzlü və mənfəəftcildir - Açıqlama

"Lüksemburqun deputatlar palatası Azərbaycana qarşı əsassız qətnamə qəbul edib. Əfsuslar olsun ki , son zamanlar ölkəmizə qarşı bəzi qərb ölkələri tərəfindən oxşar layihələrin şahidiyik. Azərbaycana qarşı təzyiq cəhdləri, ölkəmiz əleyhinə güc göstərmək cəhdləri mənasız və gülüncdür. Lüksemburq da daxil olmaqla dünyanın hər yerində cinayət törədən insanların cəzası məlumdur. Azərbaycanı nədəsə ittiham etmək mənasız və gülüncdür". 

Bunu Ölkə.Az-a açıqlamasında deputat Şahin İsmayılov deyib.

Deputat bildirib ki, demoktratik dünyanın mühüm tərəfdaşı olan Azərbaycan üzərinə düşən bütünü öhdəlikləri icra edir: "Əksini söyləmək isə müştəbehlik və ikiüzlülükdür. Hər kəs, o cümlədən Lüksemburqdan olan deputatlar da anlamalıdırlar ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz. Demokratiya anlayışını əlində siyasi alət edən dövlətlər, o cümlədən Lüksemburq da yaxşı olar ki, hüququn aliliyi prinsipinə riayət etsinlər. Cinayətkar dünyanın hər yerində cinayətkardır. Əksini iddia edənlər isə, ikiüzlü və mənfəəftcildir. Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı. COP29-un keçirildiyi bir dövrdə bu tip layihələr sadəcə olaraq siyasi oyun cəhdi və cılızlıqdır. Dünya siyasi səhnəsində ciddi yeri və rolu olmayan Lüksemburq yaxşı olardı ki, sözün hər mənasında cılızlığını başa düşərdi. Azərbaycanla təzyiq dilində danışmaq olmaz. Biz öhdəliklərimizi bilir və hörmət edirik. Bizimlə təzyiq dilində danışmaq olmaz. Bərabərhüquqlu əməkdaşlığa isə hər zaman açığıq. Azərbaycan demokratik dövlətdir və beynəlxalq hüququn mühüm tərəfdaşıdır".

Mürtəza
Ölkə.Az

Seçilən
49
1
olke.az

2Mənbələr