AZ

Britaniya XİN: "Tramp Ukraynada sülhü güc yolu ilə dəstəkləyəcək"

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişənin Kiyev üçün əlverişsiz şərtlərlə həllinə razı olmayacaq və güc yolu ilə sülh konsepsiyasında hərəkət edəcək. 

HİT.az bu barədə "New Statesman" portalına istinadən xəbər verir.

"Donald Trampın bu "güc vasitəsilə sülh" mövqeyində müəyyən davamlılığı var. Tramp haqqında bildiyim odur ki, o, uduzanları sevmir və uduzmaq istəmir, Amerika xalqı üçün düzgün sövdələşmə əldə etmək istəyir", deyə Lammi bildirib.

Onun fikrincə, Birləşmiş Ştatlar üçün belə bir razılaşma yaxın illərdə yeni fəthlərə gedəcək Rusiyanın qələbəsi deyil, dinc və təhlükəsiz Avropa olacaq.

Bundan əvvəl Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Toni Brenton demişdi ki, Ukrayna münaqişənin həlli üçün sülh danışıqlarında bəzi ərazilərdən imtina etməli olacaq. O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Moskva ilə Kiyev arasında dialoqu təşviq edəcəyini bildirib.

Samir

Seçilən
29
50
hit.az

10Mənbələr