AZ

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional məsələləri müzakirə etdi

Bakı. Trend:

bu gün xarici işlər naziri Ceyhun Bayramov və ÖzbəkistanRespublikasının xarici işlər naziri Baxtiyor Saidov arasındatelefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov həmkarı Baxtiyor Saidovuyenidən xarici işlər naziri təyin olunması münasibətilə təbrik edibvə ona fəəliyyətində davamlı uğurlar arzulayıb.

Telefon danışığı zamanı nazirlər iki ölkə arasında qardaşlıq,dostluq və müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıqgündəliyində duran məsələləri, habelə mövcud regional vəziyyətimüzakirə ediblər.

Telefon danışığında, həmçinin, beynəlxalq platformalarda daəməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqlavurğulanıb.

Seçilən
18
24
az.trend.az

10Mənbələr