AZ

"Qala Sigorta" işçi axtarır - VAKANSİYA

Qala Sigorta

Müştəri məmnuniyyəti və Çağrı mərkəzinin mütəxəssisi (gecə və gündüz növbələri üçün)

Son tarix 21 dek 2024 - [email protected]

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali və ya orta təhsil (ali təhsilə üstünlük verilir);
  • Azərbaycan və rus dillərində səlis danışmaq, baza ingilis dili biliyi arzuolunandır;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Vaxtın idarəedilməsi bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Dinləmək bacarığı;
  • Stressə davamlılıq;
  • Operativlik;
  • Yeniliklərə açıq;
  • Konstruktiv əlaqələr qurmaq bacarığı;
  • Nəticəyə nail olmaq;
  • Məntiqi təfəkkür;
  • İntizamlılıq və tez öyrənmə bacarığı;
  • Sığorta sahəsində texniki biliklər, sığorta məhsulları və xidmətləri barədə məlumatlılıq üstünlükdür;
  • Çağrı mərkəzində iş təcrübəsi üstünlükdür.

Vəzi̇fə və öhdəli̇klər:

  • Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını həyata keçirmək;
  • Daxil olan müraciətlər cavablandırılarkən Şirkətin elektron informasiya sistemində müvafiq qeydlər aparmaq;
  • Daxil olan zəngləri seqmentləşdirərək əlaqəli struktur vahidinə yönləndirmək;
  • Müştəri məmnuniyyətinin təmin olunması məqsədlərinə nail olmaq üçün müştərilərdən geridönüşlər almaq;
  • Daxil olan sorğuları yazılı cavablandırmaq;
  • Buraxılmış zənglərə geridönüşlər etmək;

Əmək şəraitinin şərtləri:

  • Çağrı Mərkəzinin 24/7 işi ilə bağlı olaraq növbəli iş rejimi;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 2024-cü il tarixinədək elektron poçt ünvanına email-in mövzu hissəsində “Müştəri məmnuniyyəti və Çağrı mərkəzinin mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  

Seçilən
9
fed.az

1Mənbələr