AZ

2023-2024-cü tədris ilində ABŞ-a ən çox tələbə göndərən ölkə Hindistan olub

2023-2024-cü tədris ilində ABŞ-a ən çox tələbə göndərən ölkə Hindistan olub

15 ildən sonra Hindistan Çini keçərək ABŞ-a ali təhsil üçün ən çox tələbə göndərən ölkə oldu.ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun dəstəyi ilə Beynəlxalq Təhsil İnstitutunun (IIE) hazırladığı “Açıq qapılar 2024” hesabatı dərc olunub.Beynəlxalq tələbə mobilliyi ilə bağlı hesabatda 2023-2024-cü tədris ilində ali təhsil almaq üçün ABŞ-a gələn hindistanlı tələbələrin sayının 331 min 602, çinli tələbələrin sayının isə 277 min 398 olduğu bildirilib. Buna uyğun olaraq 2008-2009-cu tədris ilindən bəri Çindən geri qalan Hindistan bu il Çini geridə qoyaraq ABŞ-a ən çox tələbə göndərən ölkə olub.Təxminən 1 milyon 127 min beynəlxalq tələbəyə ev sahibliyi edən ABŞ-a ən çox tələbə göndərən üçüncü ölkə 43 min 149 ilə Cənubi Koreya olub.Avropada İngiltərə 10 min 473 tələbə ilə ABŞ-da təhsilə ən yüksək tələbat göstərib. İngiltərəni 9 min 230 tələbə ilə Almaniya və 9 min 148 tələbə ilə Türkiyə izləyib.Mənbə: AA

Seçilən
18
afn.az

1Mənbələr