AZ

“Pul məsələsi olsaydı, bir ay işləyib çıxardım” – Vüqar Nadirovdan iddialara cavab

“Hypers Quba”dakı baş məşqçi dəyişikliyi gündəmdədi. Vüqar Nadirovun klubdan getməsi heç də birmənalı qarşılanmayıb. Xüsusən də Qubada. Bu mövzuda müəyyən söz-söhbət də gəzir.

Deyilənə görə, Nadirov klubdan maliyyə məsələsinə görə istefa verib. Guya qubalılar 37 yaşlı çalışdırıcının istədiyi pulu verə bilmədiyinə görə ayrılıq yaşanıb.
Bəs deyilənlər nə dərəcədə doğrudu?

Vüqar Nadirovun “Football-plus.az”a cavabı:

“Yox, pul məsələsi olsaydı, bir ay işləyib çıxardım, yoxsa 2 il niyə orda işləyirdim?! Rəhbərliklə də heç bir problemim olmadı. Sonda qərar verdik ki, ayrılaq. Təbii ki, ayrılıq çox çətin idi. Komandanı sıfırdan qurmuşduq. Qurub ikinci liqaya gətirdik. Kollektiv olaraq hamılıqla əziyyət çəkirdik. Hərə bir yerdə əmək sərf edib. Yəni rəhbərlik öz yerində, məşqçilər içəridə, dostlarım kənarda. Çalışdıq ki, komandanı ikinci liqaya qaldıraq. Düzdü, çempion olmadıq. Amma Region Liqasından 2-ci liqaya qalxdıq. Ordan ayrılmaq çətin idi. Bir-birinə öyrəşmək var. Çox çətin işlər gördük. Qismət. Hər bir işdə xeyir var”.


RÖYANƏ OĞUZ
Seçilən
23
football-plus.az

1Mənbələr