İspaniya təmsilçisi "Barselona"nın hücumçusu Robert Levandovski zədəsini sağaldaraq ümumi komanda ilə birgə məşqlərə başlayıb.
"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, La Liqanın XIV turunda "Selta"ya qarşı matçda forma geyinə bilər.
Polşalı hücumçu daha əvvəl bel nahiyəsindən zədə almışdı.
Qeyd edək ki, R.Levandovski cari mövsüm 17 oyunda 19 qol vurub.