"Barselona"nın futbolçusu Robert Levandosvki 2020-ci ilin "Qızıl Top" mükafatlandırılmasının ləğv edilməsindən danışıb.
QOL.az xəbər verir ki, o, sabiq futbolçu Rio Ferdinandın Yutub kanalında deyib: "O vaxt başa düşmürdüm ki, niyə mükafat verilmədi. Bütün liqalar oynayırdı, Çempionlar Liqası davam edirdi. Bilirəm ki, futbol bəzən siyasət kimi işləyir. Çünki nə qədər ki, futbol var, biznes də olacaq. Nə qədər ki, biznes var, siyasət olacaq. Mən indi də mükafatı almağa hazıram".
Qeyd edək ki, 2020-ci ilin "Qızıl Top" mükafatının Robert Levandovskiyə veriləcəyi gözlənilirdi. Lakin koronavirus pandemiyasına görə "Qızıl top" mükafatı verilməyib. Həmin vaxt "Bavariya"da çıxış edən Levandovski 47 matçda 55 qol vurub və bu mükafat üçün əsas iddiaçı hesab edilib. Polşalı forvard 2020-ci ildə "Bavariya"nın tarixi trebl etməsində mühüm rol oynayıb. "Bavariya" həmin il Çempionlar Liqasını, Almaniya Bundesliqasını və Almaniya kubokunu qazanıb.