AZ

Zlatan İbrahimoviç “Milan”ın müşaviri olaraq iş fəaliyyətini açıqladı

“Milan” keçmiş hücumçusu, hazırda klub rəhbərliyinin baş müşaviri Zlatan İbrahimoviç “rossoneri” düşərgəsində iş fəaliyyətindən danışıb.

Arena.az “Goal” dərgisinə istinadən, isveçli mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz futbolçularla ünsiyyətdə çox oluruq. Şəxsən mən onlarla çox ünsiyyətdə oluram, gündəlik olaraq əlaqə saxlayıram. Mənim rolumun bir hissəsi oyunçuların ətrafında olmaq, onlara yardım etmək, məsləhət verməkdir. Fərqli vəziyyətlərin fərqli hərəkiliyi var və bu, mənim səyahətimin bir hissəsidir. Məqsədimiz – tarix yazmaqdır. Tarix yazmaq – qənimətlər qazanmaq deməkdir, “Milan” isə tarixən çoxlu kuboklar qazanıb. Açığı, biz indi buna çalışırıq, hər şey öz axarındadır. Çox şey yaxşı getməli və axına etibar etmək gərəkdir, çünki fərqli və müxtəlif şəraitdə işləyirəm”, deyə “İbra” vurğulayıb.

“Milan” İtaliya A Seriyasının 11 turundan sonra 18 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Zlatan İbrahimoviç ötən il futbolçu karyerasını bitirmək qərarına gəlib və futbolçu ikən sonuncu klubu olmuş “Milan” rəhbərliyində müşavir vəzifəsinə təyinat alıb.

Zlatan İbrahimoviç karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunyted” və “Los-Anceles Qelaksi”də çıxış edib.

Zlatan 2001-ci ilin yanvarında debüt etdiyi, 122 oyun keçirdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 62 qol və 25 məhsuldar ötürmə.

Seçilən
17
arena.az

1Mənbələr