AZ

Rusiya-Ukrayna müharibəsi özünün ən təhlükəli mərhələsinə qədəm qoyub – Macarıstanın müdafiə naziri Kristof Şalay-Bobrovnicki

Macarıstanın Ukrayna ilə həmsərhəd olan şimal-şərq hissəsində hava hücumundan müdafiə sistemləri quraşdırılır.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Kristof Şalay-Bobrownicki noyabrın 20-də Facebook-da məlumat verib. “Rusiya-Ukrayna müharibəsinin miqyası həmişəkindən daha böyükdür və müharibə özünün ən təhlükəli mərhələsinə qədəm qoyub”, – Şalay-Bobrovnitski deyib.

Nazir hava hücumundan müdafiənin gücləndirilməsinin səbəblərini birbaşa açıqlamayıb, lakin çıxışına əsasən, bu, Ukraynanın Rusiya Federasiyasına zərbə endirmək üçün Qərb silahlarından istifadə etmək icazəsi alması və Rusiya Federasiyasının nüvə doktrinasında edilən dəyişikliklə bağlıdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr