Ağ Evdən verilən açıqlamaya görə, ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant haqqında həbs qərarı çıxarmasına reaksiya verib.
Turkustan.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü "AA" müxbirinə verdiyi yazılı açıqlamada Beynəlxalq Cinayət Məhkəməsinin bu qərarını rədd etdiklərini bildirib: “Birləşmiş Ştatlar Məhkəmənin yüksək rütbəli İsrail rəsmilərinə qarşı həbs qərarı çıxarmaq qərarını əsaslı şəkildə rədd edir”
BCM-nin İsraillə bağlı yurisdiksiyasının olmadığını əsas gətirən sözçü, növbəti proseslə bağlı İsrail və digər tərəfdaşlarla koordinasiyada olacaqlarını bildirib.
Bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi bu gün elan etdiyi qərarda İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Gallantinin“Qəzzada törədilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərinə görə” həbs edilməsi bildirilib.
Aytən Yaşar/ Turkustan.az