AZ

Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb...

Rusiya Müdafiə Nazirliyi Britaniya istehsalı olan iki "Storm Shadow" uzaqmənzilli qanadlı raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

SİA xəbər verir ki, nazirliyin yaydığı bəyanatda Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi əməliyyatlarla bağlı məlumat verilib. Bəyanatda, Rusiya əsgərlərinin Donetsk bölgəsindəki Dalneye qəsəbəsini ələ keçirdiyi qeyd edilib.

"İngiltərə istehsalı 2 'Storm Shadow' qanadlı raketi, ABŞ istehsalı 6 HIMARS raketi və 67 pilotsuz uçuş aparatı (PUA) məhv edilib," deyə bəyanatda qeyd olunub.

Bəyanatda həmçinin müharibə başlayandan (24 fevral 2022-ci il) indiyədək Ukraynaya məxsus 648 təyyarə, 283 helikopter, 36 467 PUA, 586 hava hücumundan müdafiə sistemi, 19 420 tank və zirehli texnika, 1490 reaktiv yaylım atəşi sistemi, 18 318 haubitsa və minaatan, eləcə də 28 573 xüsusi hərbi texnikanın məhv edildiyi bildirilir.

Noyabrın 20-də İngiltərə mətbuat orqanlarının yaydığı xəbərlərdə İngiltərənin Ukraynaya tədarük etdiyi "Storm Shadow" qanadlı raketlərin ilk dəfə Rusiya ərazisində istifadə edildiyi vurğulanıb.

Seçilən
61
32
sesqazeti.az

10Mənbələr