AZ

Azərbaycanla Çili arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan və Çili arasında Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Yenicag.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Ölkəmizdə səfərdə olan Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyosla görüşdük. Azərbaycanın gələn il sədrlik edəcəyi forumla əlaqədar prioritetlərin müəyyənləşdirilməsi, bu istiqamətdə Çili təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

Seçilən
17
11
yenicag.az

10Mənbələr