AZ

Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Norveçin vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Heybi iki zorakılıqda ittiham olunduqdan sonra məhkəmənin qərarı ilə bir həftə müddətinə həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə NRK yayım korporasiyası məlumat yayıb.
Bildirilir, məhkəmə polisin təqsirləndirilən şəxsin həbsi ilə bağlı tələbini qismən təmin edib. Heybinin həbsdə saxlandığı müddətdə yazışmalar və ziyarətlər qadağan ediləcək. Polis vəliəhd şahzadənin oğlunun həbsinin zəruriliyini cinayət işində ikinci zorakılıq epizodunun olması, həmçinin mövcud sübutların saxtalaşdırılması riski ilə əsaslandırıb. Heybi hər iki cinayətdə təqsirli olduğunu inkar edir.
Məlumata görə, vəliəhd şahzadənin oğlu, həmçinin bədən xəsarəti yetirməkdə, hədə-qorxu gəlməkdə və qadına qarşı qətimkan tədbirini pozmaqda ittiham olunur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun cinayətlərini sübut edən videomaterialları əldə ediblər.
Seçilən
22
4
oxu.az

5Mənbələr