AZ

“Əgər Rusiya Qərbi Avropa ilə sərhədə çıxsa...”

“Əgər Rusiya Ukraynanı işğal edərək Qərbi Avropa ilə sərhədə çıxsa, bunun Qərb üçün ağır nəticələri olacaq”.

 

Bunu Moderator.az-a açıqlamasıdna politoloq Zərdüşt Əlizadə bildirib. Politoloq qeyd edib ki, bu baş verərsə, o zaman Qərb Rusiya faktorunu, onun  dağıdıcı, məhvedici gücünü öz üzərində bilavasitə hiss edəcək:

 

“Qərb hələ ki, Ukrayna-Rusiya müharibəsini izləməklə məşğuldur. Müharibə Ukrayna ərazisində gedir və bütün dağıntılar bu məkanda baş verir. Elə buna görə də Qərb bu mübarizədə Ukraynaya lazımi dəstək verməyə tələsmir. Lakin proseslər bu şəkildə cərəyan edərsə, o zaman vəziyyət dəyişə bilər. Əgər Rusiya Ukraynanı məğlub edərək Qərbi Avropa ilə sərhədə çıxsa, bu sərhəddə möhkəmlənsə, o zaman Qərbin təhlükəsizliklə bağlı ciddi problemləri meydana çıxacaq. Qərb Rusiyanın “nəfəsini” üzərində hiss etdikcə, necə böyük təhlükə ilə üz-üzə qaldığını daha aydın başa düşəcək. Ancaq onda çox şey üçün gec olacaq”.

 

Seymur ƏLİYEV

 

Seçilən
15
moderator.az

1Mənbələr