Bakı. Trend:
Rumıniya ilə ABŞ arasında 32 ədəd F-35 qırıcısının tədarükününəzərdə tutan müqavilə imzalanıb.
Trend-in verdiyiməlumata görə, 6,5 milyard dollar dəyərində olan bu müqaviləRumıniyanın müasir tarixində ən bahalı hərbi sazişdir.
Müqaviləyə əsasən, F-35 təyyarələrinin Rumıniyaya çatdırılmasına2030-cu illərin əvvəllərində başlanacaq.
Təyyarələri istehsal edən "Lockheed Martin" şirkəti RumıniyanınF-35 təyyarələrindən istifadə edən 20-ci ölkə olacağınıbildirib.
Hazırda Rumıniya Hərbi Hava Qüvvələrinin istifadəsində olan F-16təyyarələrinin 2034-2040-cı illər arasında istismardan çıxarılmasıplanlaşdırılır.
Qeyd edək ki, 2022-ci ildən etibarən Rumıniyada NATO-nuncənub-şərqdəki ən böyük çoxmillətli döyüş qrupu - 5 min nəfərlikbirləşməsi yerləşdirilib.