Məşhur aparıcı Zümrüd Bədəlova Türkiyəyə istirahətə yollanıb.
Zümrüd İstanbula tək getməyib, o, bu dəfə qızı Ləmanla yola çıxıb.
Xanım aparıcı İstanbuldan qızı ilə birgə çəkdirdiyi fotoları da izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Zümrüd ailəli olub, boşanıb. Onun bu izdivacdan bir qız övladı var. / Titul.az