Elmar Baxşıyevin köməkçisi olan 44 yaşlı mütəxəssis artıq baş məşqçi kimi fəaliyyət göstərəcək. O, mövsümün sonuna qədər “Difai”nin “sükanı arxasına” keçib.
Bəs Ağsu təmsilçisi niyə Məmmədova tapşırıldı?
Xaqani bəyin “Football-plus.az”a söylədikləri:
“Difai”dən təklif mənim üçün də gözlənilməz oldu. Həm sevindirici, həm də fəxr oldu. Belə bir klubdan dəvət aldığıma görə şadam. Rəhbərliklə görüşdük, gələcək barədə söhbət elədik. Mənə bildirildi ki, döğyüşkən komanda yaratmaq lazımdı. Bacardıqca da yuxarı pillələrə qalxmalıyıq. Perspekivli təklif olduğuna görə mən də razılaşdım. Komandada işləmək qərarına gəldim. Hazırda növbəti tura hazırlaşırıq. İnanıram ki, bir neçə tur sonra yaxşı nəticələrlə irəliləyə biləcəyik”.
RÖYANƏ OĞUZ