Futbol üzrə Azərbaycan Birinci Liqasında 8-ci turun “Karvan”la səfər oyununa hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama matçına çıxıb.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” “Zaqatala” ilə üz-üzə gəliblər.
Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə 3:1 hesabı ilə qalib gəliblər. Dörd qolun vurulduğu matçda meydan sahiblərinin heyətində Abdullahi Şuaybu, Nicat Əliyev və Elşad Tağıyev fərqləniblər.
Xatırladaq ki, əyalət təmsilçisi bir gün öncə Ağcabədinin “Olimpiya” komandası ilə də üz-üzə gəlmiş və 20:0 hesablı qələbəyə sevinmişdi.