AZ

Ermənistanda futbolçular məvaciblərini tələb edirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanda futbol üzrə ölkə çempionatının 17-ci turunun "Pyunik" və "Vest Armenia" klubları arasında keçirilən oyunu ləğv edilib.
Oxu.Az xəbər verir ki, "Vestnik Kavkaza"nın məlumatına görə, qonaq komanda etiraz əlaməti olaraq meydana çıxmamaq qərarına gəlib.
Son məlumatlara görə, "Vest Armenia"da üç aydır maaş verilmir. Bundan başqa, bir sıra əcnəbi futbolçular kirayə mənzilsiz qalıblar.
Ermənistan Futbol Federasiyası UEFA-nın təqdim etdiyi "Həmrəylik vəsaitləri" adlanan fond hesabına klubun borclarını ödəyəcəyini vəd edib, lakin bu, yalnız 2025-ci ilin yanvarında baş tutacaq.
Seçilən
12
oxu.az

1Mənbələr