AZ

Pakistanda sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində 38 nəfər ölüb

Pakistanda sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində 38 nəfər ölüb

Pakistanın Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində azı 38 nəfər ölüb, 11 nəfər yaralanıb."Dawn" qəzetinin məlumatına görə, polis məmuru Kaleem Şah bildirib ki, bir neçə silahlı şəxs Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanlarını daşıyan mikroavtobuslara atəş açıb.Yaralıların aparıldığı xəstəxananın həkimi Qayur Hüseyn hücumda həyatını itirənlərin sayının arta biləcəyini bildirib.Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.Pakistanın daxili işlər naziri Muhsin Naqvi də hücumda ən azı 38 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb.Pakistan prezidenti Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.Hayber Paxtunxva Administrasiyasının sözçüsü Məhəmməd Əli Seyf bildirib ki, karvanda təxminən 200 avtomobil olub və hücum edənlər əvvəlcə polisə atəş açıblar.Seyf qeyd edib ki, hücumla bağlı araşdırmalar davam edir.Pakistanın baş naziri Şahbaz Şərif açıqlamasında hücumu pisləyib və hücum edənlərin şəxsiyyətinin müəyyən edilərək mühakimə olunmasını əmr edib.Hayber Paxtunxva əyalətinin baş naziri Əli Əmin Qandapur hücumda həyatını itirənlərin ailələrinə maddi yardım ediləcəyini açıqlayıb.Mənbə: AA

Seçilən
14
4
afn.az

5Mənbələr