Azərbaycan hökuməti işğal dövründə ermənilərin dağıtdığı "Marağa - 150" abidəsini bərpa etmək fikrindədir
Son zamanlar Ermənistan mediasında Azərbaycan hökumətinin Xankəndidə apardığı tikinti, bərpa və quruculuq işləri ciddi diqqət mərkəzindədir. Mediada aparılan söküntü işləri diqqətlə, peyk şəkilləri təqdim olunmaqla işıqlandırılır.
Xankəndidə qondarma "Dağliq Qarabağ Respublikası"nın "parlament" binasının, veteranlar evinin sökülməsi Ermənistan cəmiyyətində ciddi əks-səda doğurdu. Mediada ermənilər vay-şüvən qopardılar ki, bəs "Artsax irsi" silinir. Erməni həyasıclığının dərəcəsinə bax ki, bir neçə il əvvəl uydurduqları "artsax" ifadəsi altında "tarixi abidələr" axtarirlar. Adama deyərlər ki, siz erməni daşnakları olaraq Xankəndidə və onun ətraf rayonlarında Azərbaycan xalqına divan tutmuş cinayətkarlara kukla-heykəllər qoymusunuz və düşünürsünüz ki, onlar "müqəddəs tarixi abidədir"? Xankəndi və onun ətraf ərərazilərində Azərbaycan hökuməti tərəfindən bir dənə də olsun həqiqi tarixi abidə sökülməyib. "Həqiqi tarixi abidə" ifadəsini ona görə işlətmək zorunda qalırıq ki, ermənilərin bütün "tarixi abidə" adlandırdıqlari nəsnələr saxtadır. Özləri o "tarixi abidələri müasir texnologiyalarla hazirlayib, kimyəvi maddələrlə "tarixiləşdirirlər". Kəlbəcərdə bu işlə məşğul olan emalatxana və onun içərisində külli miqdarda erməni "tarixi adidələri" aşkarlandı.
Hətta Azərbaycan hökuməti işğal dövründə ermənilərin dağıtdığı "Marağa - 150" abidəsini bərpa etmək fikrindədir. “Marağa - 150” abidəsinin qalıqları Tərtər rayonunun Şıxarx qəsəbəsinin yaxınlığında yerləşir. Abidə ermənilərin İranın Marağa kəndindən Qarabağa köçmələrinin 150 illiyi ilə əlaqədar olaraq 1978-ci ildə qoyulub. Qarabağ ərazisində daha iki belə abidə olsa da, həmin abidələr Ermənistanın işğalında olarkən dağıdılıb. Üzərində ermənicə “Marağa - 150” yazılmış abidə ermənilərin burada köklü xalq olmadıqlarının sübutu olduğuna görə, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları başlayanda özləri tərəfindən dağıdılıb.
Bu günlərdə isə "Artsax"ın mədəni irsinin monitorinqini aparan Monumentwatch.org saytı yazır ki, 2024-cü ilin noyabrında Azərbaycanın sosial şəbəkələrində Xankəndidə "Stepanakert memorial kompleksi"ndə müxtəlif istifadəçilər tərəfindən lentə alınan videolar yayılıb: "Bu videolara əsaslanaraq bildirmək olar ki, memorial hələ də zədələnməyib, "Artsax müharibəsi iştirakçılarının", "qəhrəmanlarını" və "görkəmli şəxsiyyətləri"nin məzar daşlarına heç bir ziyan dəyməyib".
Erməni mediasında gedən bu xəbər həqiqəti əks etdirmir. Çünki işğaldan azad edilmiş Xankəndi və onun ətrafında son 30 ildə ermənilər tərəfindən ucaldılmış bütün kukla-heykəlciklər darmadağın edilib. Erməni separatçıları tərəfindən bu dövrdə heykəli qoyulan hər bir şəxs hərbi cinayətkardır, separatçi xuntanın oyuncağı olaraq Azərbaycan xalqının qanına susayıblar. Onlar insanlığa qarşi tarixin ən ağir cinayətlərini törədiblər. Bu səbəbdən də onlara ucaldılan heykəllər Azərbaycan Respublikasının ərazisində qala bilməz. Ola bilsin ki, sözügedən qondarma memorialı sökməyə hələ sıra çatmayıb. Amma o memorilal son 30 ildə erməni cəlladlarının şərəfsiz sərəfinə ucaldılıbsa, ya artiq sökülub, ya da yaxın günlərdə mütləq söküləcək. Erməni cəmiyyəti tam arxayın ola bilər ki, onların "qəhrəman" adlandırdıqları hərbi cinayətkarların hamısının heykəlkəri nəinki Qarabağda, zamanı çatanda həm də Ermənistanda söküləcək. Odur ki, Azərbaycan Respublikasının yurisdiksiyasında olan ərazilərdə nə erməni "qəhrəmanlar"ın heykəli və ya memorial kompleksi, nə də "soyqırımı" abidələri qala bilməz! Həmin kukla-abidələrin böyük əksəriyyəti sökülub, qalanlari varsa onlar da söküləcək.
O ki qaldi həqiqi tarixi abidələrə və qəbir daşlarına, Azərbaycan hökuməti onları mühafizə edir, ermənilər tərəfindən saxtalaşdırılanları isə bərpa edilərək əvvəlki görkəminə qaytarılır. Ermənilərin azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıqlarını vandalcasına dağitmasina baxmayaraq, Azərbaycan ərazisindəki erməni qəbiristanlıqları toxunulmaz saxlanılır. Biz millət olaraq özümüzü erməni icmasi ilə eyni sıraya qoya bilmərik.
Akif NƏSİRLİ