İtaliya A Seriyası xüsusi transfer pəncərəsi açacaq.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 3-cü transfer pəncərəsi iyunun 1-dən 10-dək qədər olacaq. Bu, klubların iyulda keçiriləcək 2025-ci ilin klublararası dünya çempionatı üçün yeni oyunçular transfer edə bilməsi üçün düşünülüb.
Qeyd edək ki, daha öncə FİFA klublararası dünya çempionatında iştirak edən klublar üçün ölkə federasiyanın razılığı ilə 3-cü transfer pəncərəsini açmağa icazə vermişdi.