AZ

ABŞ vətəndaşı Nyu-York Birjasını partlatmaq planına görə saxlanılıb

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Nyu-York Birjasınıpartlatmaq planlaşdıran bir şəxsi həbs edib.

Trend-inməlumatına görə, bu barədə CBS News məlumat yayıb.

Bildirilir ki, FTB agentləri Florida ştatından olan və birjanıbombalamaq niyyəti ilə hərəkət edən şəxsi saxlayıblar.

Məlumat məhkəmə sənədlərinə istinad edir. Həmin sənədlərəəsasən, ABŞ-ın cənub-şərqində yaşayan Harun Əbdül-Malik Yener bombahazırlamaq üçün xüsusi təlimatlara əməl edib. İlkin araşdırmalaragörə, o, Nyu-York Birjasını partlatmaq və "ABŞ hökumətini yenidənişə salmaq" məqsədi güdüb. Yener, həmçinin özünü Əl-Qaidənin keçmişlideri Usamə bin Laden kimi hiss etdiyini də etiraf edib.

Seçilən
22
az.trend.az

1Mənbələr