AZ

Əsrə bədəl 5 il: Heydər Əliyevsiz Azərbaycan hakimiyyətinin məğlubiyyət tarixi

Tarix “əgər”lə başlayan cümlələri sevmir. Şərt cümlələri tarixi dəyişdirmir. Amma tarix elə ona görə lazımdır ki, keçmişin səhvləri qiymətləndirilsin, həmin səhvlərin indiki zamana təsirləri müəyyən edilsin və daha mütərəqqi bir gələcək modelləşdirilsin. Odur ki, tarixi proseslər və hadisələr doğru dəyərləndirilməyə, bunun üçün isə, zamana möhtacdır. Bəli, bu gün 30 ilə yaxın bir müddətdə işğal altında qalmış torpaqlarımızı düşməndən geri almışıq, amma bu, bizi tarixə yönəlik suallardan və təsirlərini bu gün də dərindən hiss etdiyimiz səhvlərdən, həm də cinayətə bərabər səhvlərdən xilas etmir. Ötən əsrin 80-90-cı illərində cəmiyyət olaraq ortaq zəkamızın düzgün hesablamadığı proseslər nəticəsində bu gün milli gəlirlərimizin çox önəmli bir qismini Qarabağın bərpasına sərf etmək, erməni vandalizminin xarabalığa çevirdiyi bir regionu yenidən və sıfırdan qurmaq məcburiyyətindəyiksə, deməli, tarixi səhvlərimiz başımızın üstündən “Domokl qılıncı” kimi asılmaqda davam edir…

1988-ci ildən başlayaraq Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı şüarlar səsləndi, aksiyalar keçirildi, həm Azərbaycanın, həm də SSRİ-nin konstitusiyalarına zidd qərarlar qəbul edildi. Bütün bunlar Ermənistan tərəfindən həm planlaşdırılmışdı, həm də dəstəklənmişdi. Pərdənin arxasında iqtisadi böhranla üzləşmiş SSRİ-nin dağılmasını sürətləndirmək istəyən Qərb və Qərbin rıçaq kimi istifadə etdiyi erməni diasporası, həmçinin SSRİ rəhbərliyini, Mixail Qorboçovu əhatəyə almış erməni şəbəkəsi vardı. Erməni institutları Qarabağı Azərbaycandan qoparmaq üçün daxildə və xaricdə ciddi şəkildə təşkilatlanmış, maliyyə fondları yaratmış, ideoloji-siyasi baza formalaşdırmışdılar. Azərbaycan SSR-nin rəhbərliyi bu geniş və məkrli planın qarşısına çıxmağa heç bir baxımdan hazır olmadığı kimi, müti və düşüncəsiz davranışları ilə Bakının Xankəndi üzərindəki hakimiyyət təsirini də günbəgün itirirdi. O mərhələni geniş şəkildə təsvir etmədən bu günlərdə Şuşaya, Qubadlıya, Laçına, Kəlbəcərə yolu düşən hər kəsin verdiyi bir sualı xatırladaq: sosial, iqtisadi, intellektual, mədəni,demoqrafik və digər sahələrdə ermənilərdən qat-qat üstün olan bir xalqın bu cür strateji əraziləri düşmən əlinə necə keçə bilərdi axı?!.

Cavabı uzatmağa hacət yoxdur, ermənilər:

  • Əvvəlcə etnik konflikt yaratdılar və Ermənistanı türklərdən təmizlədilər;
  • Xocalıda amansız qətliam törətməklə mülki azərbaycanlıların öz yurdlarını tərk etməsinə psixoloji zəmin hazırladılar;
  • Şuşanı götürməklə Xankəndinin hərbi təhlükəsizliyini təmin etdilər;
  • Laçını işğal etməklə Ermənistana dəhliz açdılar;
  • Kəlbəcəri tutmaqla həm Qarabağa ikinci yol əldə etdilər, həm də Laçını özləri üçün “təhlükəsiz bölgə” halına gətirdilər;
  • Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam və digər yaşayış məntəqələrini işğal etməklə “bufer zona” yaratdılar.

Əlbəttə, bütün bunlar bir günün içində olmadı. Zaman-zaman işğalçı erməni çətələri və ordusuna qarşı hərbi əməliyyatlar da keçirildi, bəzən müvəqqəti üstünlük də əldə olundu. Amma son nəticədə 1988-93-cü illər- qızıldan qiymətli 5 illik bir dövr Azərbaycan tarixinin məyusluq, faciə, məğlubiyyət mərhələsidir.

Bu mərhələdə üzləşdiyimiz məğlubiyyətin, faciələrin və məyusluğun ən qısa səbəbi dövlətimizin və dövlətə bərabər liderimizin olmamasıdır. Ermənilərin dövlətçilik ənənələri yoxdur, kilsə bütün zamanlarda millət kimi formalaşmamış erməni icmasının əsas təşkilatçısı, təbliğatçısı və ideoloqudur. Biz isə, Alp Ər Tunqadan Nadir şaha və Əfşar imperiyasının Şimali Azərbaycan xanlıqlarına qədər uzanan 2000 illik bir dövrdə Cənubi Qafqazda etnik və dövlət kimliyimizi bir arada tutmuşuq. Erməni kilsəsinin və daşnak zehniyyətinin qarşısına çıxmaq üçün bizə MİLLİ ŞÜURUna, DÖVLƏT TƏCRÜBƏSİnə və LİDERLİK KEYFİYYƏTLƏRİnə görə zamanın sınağından çıxmış bir STRATEQ lazım idi.

O strateq var idi! Zəngəzur mənşəli bir ailənin övladı olaraq Naxçıvanda dünyaya göz açmış, çətin coğrafi şəraitdən çıxaraq general rütbəsinə qədər yüksəlmiş, SSRİ kimi nəhəng imperiyanın zirvəsində bir siyasi şəxsiyyət olaraq haqq etdiyi görəvi tutmasına məhz azərbaycanlı olduğu üçün imkan verilməmiş, Qorboçovun və ətrafındakı erməni şəbəkəsinin Qarabağla bağlı planlarını poza biləcəyi üçün təzyiqlərə məruz qalmış, sovet ordusunun Bakıda törətdiyi 20 yanvar qətliamından sonra yeganə oğlunu yanına alaraq illərlə xidmət etdiyi kommunist rejimini mərd-mərdanə şəkildə ittiham etmiş, daha sonra vətənə dönərək Azərbaycan Ali Sovetinə deputat, muxtar respublikaya rəhbər seçilmişdi.

Seçilən
15
aznews.az

1Mənbələr