Texas administrasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa immiqrantların deportasiyası üçün istifadə olunacaq obyektlərin tikintisi üçün ABŞ-Meksika sərhədində 567 hektarlıq ərazi ayırmağa hazır olduqlarını bildirib.Texas Baş Torpaq İdarəsi tərəfindən Trampa göndərilən məktubda bu ərazinin ölkə tarixindəki ən böyük cinayətkar immiqrant deportasiya əməliyyatı üçün emal, saxlama və koordinasiya müəssisələrinin yaradılması üçün əlverişli olduğu bildirilib.Seçki kampaniyası zamanı Tramp milyonlarla immiqrantı deportasiya edəcəyini və bu prosesdə Milli Qvardiyanın aktivləşdirilməsini vəd etmişdi.Bununla belə, bu planın böyük xərc və maddi-texniki çətinliklərlə və insan haqları qruplarının hüquqi etirazları ilə üzləşəcəyi gözlənilir.Texas Torpaq Komissarı Daun Bukingem "Fox News"a bildirib ki, təklif olunan ərazi düz, tikinti üçün əlverişli və bu torpaqda çox asanlıqla həbsxana tikə bilər.Bildirilib ki, torpağın əvvəlki sahibi sərhəd divarının tikintisinə icazə verməyib və polis qüvvələrinin əraziyə daxil olmasına mane olub.Trampın sərhəd siyasətini dəstəkləyən Texas ştatı hökuməti prezidentin immiqrantları deportasiya etmək planlarını tam dəstəklədiklərini açıqlayıb. Bukingem, "Biz bu cinayətkarları ölkəmizdən çıxarmaq üçün Tramp administrasiyasına tam uyğun davranırıq" deyib.Bununla belə, Demokrat qubernatorların rəhbərlik etdiyi Kaliforniya, Arizona və Nyu Meksiko ştatları kütləvi deportasiya əməliyyatlarına dəstək verməyəcəklərini açıqlayıblar.Mənbə: BBC
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta