AZ

BMT: BCM-ni tanıyan dövlətlər onun qərarlarına əməl etməlidirlər

Roma Statutuna əsasən Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tanıyan dövlətlər onun qərarlarına əməl etməlidirlər.

NOCOMMENT.az xəbər verir ki, bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsinin rəsmi nümayəndəsi Ceremi Lourens BCM-nin İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə dair orderi şərh etmək xahişinə cavab olaraq bildirib.

“Roma Statutunun iştirakçısı olan dövlətlər Məhkəmənin qərarlarına hörmət etmək və onları yerinə yetirmək öhdəliyi daşıyırlar”, – deyə o vurğulayıb.

Lourensin sözlərinə görə, BMT nümayəndələri Roma Nizamnaməsinə uyğun olaraq BCM-nin yurisdiksiyasında olduğu bütün hadisələrdə onun müstəqilliyinə və səlahiyyətlərinə hörmət edirlər.

Qeyd edək ki, cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında münaqişə ilə bağlı Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalanta qarşı order verib. Söhbət “ən azı 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək törədilmiş insanlığa qarşı cinayətlərdən və hərbi cinayətlərdən” gedir. Bundan əlavə, məhkəmə BCM-nin yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin arqumentlərini rədd edib.

Seçilən
44
3
nocomment.az

10Mənbələr