"Barselona"nın və Polşa millisinin hücumçusu Robert Levandovskinin son durumu bəlli olub.
Fanat.Az xəbər verir ki, belindəki ağrılardan əziyyət çəkən forvard artıq sağalıb.
Bununla bağlı xəbəri "Barsa"nın mətbuat xidməti klubun sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Polşalının artıq növbəti turda, turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan “Selta” ilə qarşılaşmada meydanda olacağı gözlənilir.
36 yaşı Robert bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 17 oyun keçirərək 19 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa