AZ

"Mançester Yunayted"in yeni baş məşqçisi komandanın hazırkı durumundan narazıdır

İngiltərə təmsilçisi "Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim komandanın hazırkı durumundan narazıdır.

"Far.Az" yerli mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk məşqdən sonra futbolçuların fiziki hazırlığından narazı qalıb.

O, Millətlər Liqasının oyunlarına görə yığma komandaların düşərgəsinə yollanan oyunçuların məşqlərini izləyə bilməyib.

R.Amorim qış fasiləsində bəzi futbolçularla yolları ayırmağı düşünür.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 15 xalla 13-cü yerdə qərarlaşıb.

Seçilən
17
far.az

1Mənbələr